KepezTV Player
Koronavirusa yoluxmanın sayına görə Gəncə narıncı zonada olduğundan şəhərdə karantin rejiminin tələbələrinə əməl olunması ciddi nəzarətdə saxlanılır. Gəncə Şəhər Baş Polis İdarəsi və tabeli orqanları xidmətlərini güclədirilmiş rejimdə davam etdirir. Polis əməkdaşları əhalinin sıxlıq təşkil etdiyi ərazilərə xüsusi nəzarət edirlər. Fəaliyyətinə səhər 08:00-dan axşam saat 18:00-ə qədər icazə verilən obyektlərin qaydalara riayət etməsi də diqqətdə saxlanılır. İctimai iaşə, eləcə də digər obyektlərin sahiblərinə karantin rejiminin tələblərinə əməl etmək tövsiyyə olunur. Gəncənin müxtəlif ərazilərində aparılan yoxlamalar zamanı əksər obyektlərin təlimata uyğun şəkildə saat 18:00-dək fəaliyyət göstərdiyi müəyyən edilib.
Natiq Hüseyn
- Baxış: 570