• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 19.05.2020 20:11

Nazirlər Kabineti pandemiyaya görə təhsillə bağlı yeni qərar verdi

KepezTV Player

Nazirlər Kabineti koronavirus pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib. Sənədi Baş Nazir Əli Əsədov imzalayıb. Təhsil eksperti Kamran Əsədov yeni qərarı Kəpəz TV-yə şərh edib.

“Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda edilən dəyişikliyə görə, “Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan müvəffəqiyyətlə keçən tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında iştirak edə bilər.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda da dəyişikliklər edilib. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət alan tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan, akademik borcu qalan tələbəyə həmin fənn üzrə imtahan vermək və ya fənni yenidən dinləmək üçün şərait yaradılır. xüsusi təyinatlı ali təhsil müəssisələri istisnadır. Cari semestrdə müəyyən səbəbdən imtahanda iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranan tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni dinləmədən akademik borcu əvvəlki semestrdə yaranan iki fənn üzrə - hər fəndən bir dəfə olmaqla da imtahanda iştirak edə bilər. Təqaüdlərlə bağlı da dəyişiklik var.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda edilən dəyişiklikliyə əsasən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, mərkəzləşdirilmiş qaydada keçirilir.

2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr 300 ballıq şkalaya keçirilir. Daha bir dəyişiklik ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarına edilib.

Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.