• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1361
— 19.05.2020 11:12

Liftin şaxtasına düşən satıcı öldü

KepezTV Player

Gəncədə fəaliyyət götərən "Bazar Store" ticarət mərkəzində liftin şaxtasına yıxılan qız dünyasını dəyişib. Hadisə mayın 10-da şəhərin Nəriman Nərimanov prospektində yerləşən supermarketdə baş verib. Orada satıcı işləyən 23 yaşlı Arzu Əliyeva yük liftinin şaxtasına yıxılaraq qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu özəl xəstəxanalardan birinə aparılıb və ötən gün orada vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci - əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.