• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1368
— 18.05.2020 16:20

Ən hiyləgər xəstəlik - hipertoniya

KepezTV Player

Bəli, bəzi ölkələrdə koronavirus bitib, Azərbaycanda isə hələ də davam edir, biz də epidemiyanın ölkəmizdə də tezliklə başa çatacağına ümid edirik. Sıradakı materialımızda isə heç bitməyəcək bir bəladan danışacağıq. Ona səssiz qatil deyirlər. Yüksək qan təzyiqi səssizcə irəliləyir və çox sayda insanın ölümünə səbəb olur. Statistikaya əsasən, dünyada 1 milyarddan çox insan hipertoniyadan əziyyət çəkir. Bu xəstəlik baş ağrısı, çarpıntılar və görmə pozğunluqları kimi əlamətlərlə özünü biruzə verir. Risklər nədir, nələrə diqqət yetirilməlidir?

Elə adamlar var ki, havaların dəyişməsi, məkanın dəyişməsi onların səhhətində müəyyən problemlər yarada bilər. Belə şəxslər qida rasionuna daim çox ciddi nəzarət etməlidirlər. Əks halda qan təzyiqi yüksələ bilər və bu isə hətta bəzən həyat üçün ciddi təhlükəyə çevrilir. Bəs bu xəstəlik nədən yaranır?

Əksər insanlarda təzyiq ölçmə vərdişi yoxdur. Ələlxüsus da gənc insanlar buna elə də lüzum görmürlər. Kimdəsə tez-tez baş ağrıları olursa, bu, yüksək təzyiqin ilkin simptomu ola bilər. Buna sadə bir baş ağrısı kimi baxmaq olmaz. Baş ağrıları varsa, tez-tez təkrarlanırsa, mütləq təzyiqi ölçmək gərəkdir. Həkimlər ciddi xəbərdarlıq edirlər.

Endokrinoloqun sözlərinə görə, bu problem əksər hallarda 35-40 yaşa qədər gənc insanlarda olur. Ciddi bədxassisəli yüksək ataklar yüksək təzyiq şəkilində qarşımıza çıxırlar. Və yaranma səbəbi aradan götürülməmiş heç bir halda heç bir dərman müalicəsinə normal cavab vermir. Amma essensial hipertaniya – təzyiq xəstəliyi isə genetik faktorlar əsasında yayılır. Yəni hər iki nəsildə - ata və anada bu problem varsa, mütləq həmin insan risk daşıyır. Sosial faktorlar bir tərəfə, bəzi zərərli vərdişlər də yüksək təzyiqin yaranması üçün şərait yaradır. İnsanları düşündürən bir sual var. “Ondan özümüzü necə qorumalıyıq?”

Sağlam həyat tərzi. İndi mütəxəssislər məhz bunu əksər problemlərin həlli hesab edirlər. Bəzi araşdırmalara görə isə səhhətdə yaranan problemlərin 80 faizini qida rasionunu dəyişməklə aradan qaldırmaq mümkündür. Qalır bu dəyişikliyi hansı istiqamətdə etməyi müəyyənləşdirmək. Bunun üçünsə əlbəttə ki, peşəkarlara müraciət etmək lazımdır.