• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 18.05.2020 15:58

Koronavirusun Azərbaycanda ticarət dövriyyəsinə təsiri açıqlanıb

KepezTV Player

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflədib və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə cox olub.