Sağlam həyat tərzi dedikdə, ilk növbədə ağıla sağlam qidalanma gəlir. Ələləxüsus da, mövsüm dəyişəndə, elə bu yaz aylarında qidalanmaya xüsusi diqqət yetirilməlidir. Gücləndirilmiş iş rejimində çalışanların düzgün qidalanması necə olmalıdır? Fidan Muradlının hazırladığı videomaterialı izləyək....
Müasir dövrdə gününün çox hissəsində işdə keçirən insanlar üçün qida rasionuna diqqət yetirmək, sağlam və faydalı qidalanmaya fikir vermək çox çətindir. Bəs necə edək ki, işimizdə problem yaratmadan sağlam qidalanmaqla səhhətimizi qoruya bilək?
Bəli, günümüzün əsas problemlərindən olan vaxt çatışmazlığı öz aktuallığını qorumaqdadır. Lakin, insan öz vaxtına qənaət etməyi də bacarmalıdır. Ələxsus da indiki Covid-19-la mübarizə şəraitində ön cəbhədə gərgin iş rejimində çalışanlar nəyə diqqət etməli?
Psixoloq onu da deyir ki, vaxt itkisinə yol verməmək üçün, görəcəyiniz işləri bir dəftərə qeyd edin və hansı işin daha vacib olduğunu nəzərə alıb, ilk onunla məşğul olun. Belə olduğu təqdirdə, nəinki qidalanmaya hətta sağlamlığımız üçün faydalı olan ev şəraitində idmana belə zaman ayırmaq mümkündür. Bunu unutmayın.
- Baxış: 266