• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 16.05.2020 20:36

Koronavirusun qızıl bazarına təsiri

KepezTV Player

Artıq bir müddətdir ki, bütün dünyanı aciz qoyan karanavirus pandemiyası təsir dairəsini genişləndirməkdə davam edir. Qara bir kabusa çevirilən virus insan həyatı ilə yanaşı kənar təsirlərilə də ziyan vurur. Elə qızılın alqı satqısında olduğu kimi. Vəziyyət bu qiymətli metala yaxın düşməyə imkan vermir. Heç ekspertlər də ümidverici bir söz demir. izləyək.

İstər Rusiya və Türkiyə, istərsə də İtaliya istehsalı olan qızıl. Bazarda həm istehsalçısı, həm də əyyarı baxımından təqdim edilən bu qiymətli metal seçim imkanı baxımından qıtlıq yaratmır. Hər zövqə və ölçüyə uyğun olan ziynət əşyaları vitrinlərdə yetərincədir. Üzüklər, boyunbağlar, qolbağları, saatlar öz müştərilərini gözləyir. Ancaq qızıla yaxın düşmək mümkün deyil.

Nuran Əsədov  satıcı: Karanavirusdan qabaq qızılların qramın satırdıq 68-70 manata, hazırda isə məcburi  75-78 manata satırıq. Bizdə istyərik ki, qiymətlər aşağı düşsün alıcılar çox olsun. Qiymətlərin belə olması bizə də sərf etmir. Sərhədlər də hazırda bağlıdır. Heç bir ölkəyə çıxışımız da yoxdu sadcə gözləmə mövqeyindəyik. Virusa görə də qiymətlər bilinmir.

Kənan Qasımov satıcı: Bizdə qızıllarda çeşidlər çox olur, Türkidən, Rusiyadan qızıllar var. Hazırda qızılların alqı-satqısı yoxdu. Karanavirus xəstəliyinə görə qızılların gəlişi də azdır, satışda yoxdu. Qızılın qiymətidə yoxdu. 15-20 gündü keç kim gəlib getmir, alqı-satqı yoxdu.

Gülçin Xəlilova satıcı: Qiymətlər dəyişir, İtaliya istehsalı olan qızıl 70-75 manat arasıdır. Rus qızılı 55 manatdır, birliantda qaşına bağlıdır. İstərik ki, sərhədlər açılsın ki, bizdə gedib qızıl gətirək. Çoxlu qızıl gətirək ki, alverdə yaxşı olsun.

Gəncənin qızıl bazarında durğun vəziyyət qiymətlərin əlçatan olmaması ilə, son nəticədə də alıcı qıtlığı ilə müşahidə edilir. Gələn baxır, maraqlanır və gedir.

Nuran Məmmədova alıcı: Bazara çıxdıq ki, qızılların qiyməti necədi. Qıymətlər çox qalxıbdı, büdcəmizə uyğun deyil. Sadacə baxa bilirik

Kifayət İbrahimova alıcı: Gəlmişik qızıl almağa, qiymətlər bahadır. Ona görə də bizi qane eləmir, ala bilmirik baxıb çıxıb gedirik.

Qızıl bazarında vəziyyətin bu cür olmasına ekspertin verdiyi proqnoz da müsbət bir şey vəd etmir.

Məsim Abadov müstəqil ekspert:Qızıl bazarında qiymətin qalxmasının səbəbi ilk növbədə iqtisadiyyatdan yaranan durğunluqdu. Pul kütləsinə malik olan insanlar pulunu valyutada yox qızılda saxlamağa üstünlük verir. İlk növbədə iqtisadiyyatın durğunluq sahələri inkişaf elədikcə tədricən qiymətli metallar səhəsində də inkişafa başlayacaq. Qiymət düşsədə o da cuzi düşməyi gözlənilir. O də nə ilə bağldır.Əgər neftin qiymətində artım olacaqsa onda qızılın qiymətin müəyyən dayanmalar və az miqdarda düşmələr olacaq.Çünki qızılda toplanan vəsaitlər çevriləcək valyutalar ki, neft alınsın.

Qızıdan fərqli olaraq gümüş almaq istəyənlər üçün şad xəbərimiz var. Yəni Gəncədə gümüşün alqı və satqısında qiymət fərqi yoxdur. Əvvəllər alıcılar gümüşün qramını neçəyə alırdılarsa hazırda da o qiymətə satılır. Yerli istehsal olan gümüşün qramı 2 manata, Türkiyə istehsalı olan gümüş qramı isə alıcılara 3-5 manata təkilf olunur.