KepezTV Player
Mayın 14-də Kiyev-Bakı çarter reysi ilə Vətənə qayıdan 197 nəfərdən 29-da COVID-19 testi pozitiv çıxıb. Hazırda bu vətəndaşlara zəruri tibbi müdaxilə edilir və onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.Onun sözlərinə görə,bu, Ümumdünya Səhiyyə Təşkilatının da ciddi tövsiyələrinə uyğun olaraq, özünütəcrid qaydalarına əməl etmənin və mümkün qədər səfərlərdən çəkinmənin vacib olduğunu bir daha göstərir.
- Baxış: 329