• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 15.05.2020 19:58

SMS icazə sistemi ləğv olunur

KepezTV Player

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılır. SMS icazə ləğv olunur. Bayram günləri, həftə sonları məhdudiyyətlərin tətbiqi qarşıdakı günlərdə nəzərdən keçiriləcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında məlumat verilib. Daha hansı məsələlərə tixunulub, daha hnası suallara aydınlıq gətirilib? Bunu süjetdən biləcəksiniz.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə bu məhdudiyyətlər qüvvədə qalır: yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması; ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin, eyni zamanda toy məclislərinin təşkilinin qadağan olunması; bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, əyləncə məkanlarının, iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

Gəncədə müşahidə olunanan vazəiyyətə toxunulub və bildirilib ki, şəhərdə aparılan əks-epidemik tədbirlər nəticəsində yayılmanın məhdudlaşdırılmasını təmin etmək, epidemiyanın qarşısını almaq mümkün olub.

Aktiv yoluxma halları 27 aprel – 2 may tarixində sabitləşib. 2 maydan bu günə qədər isə yoluxmanın davamlı şəkildə artması müşahidə olunub. Həbsxanalarda koronavirusa yoluxma hallarının sayı 13 ədəd də artaraq 46-ya çatıb”. Azərbaycana təxliyə edilənlər arasında koronavirusa yoluxma 20 faiz təşkil edir. Bütün vətəndaşların üzərinə ciddi sosial məsuliyyət düşür.

Ramin Bayramlının sözlərinə görə, bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək. Virusla yaşamağa öyrəşməliyik.