• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 15.05.2020 11:55

Yük nəqliyyat vasitəsində gizlədilən dərman preparatları və patronlar aşkarlandı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes" markalı yük avtomobili saxlanılıb. Sürücü şifahi sorğu-sual edilib, idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını deyib. Lakin yoxlama zamanı yük maşınında gizlədilən 1890 qutu müxtəlif adda dərman preparatları və pnevmatik tapança üçün 50 ədəd patron aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.