• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3207
— 15.05.2020 11:53

Sərhəddə əməliyyat: külli miqdarda narkotik aşkarlandı

KepezTV Player

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb. Həmin şəxsin Füzuli rayonunun Bala Bəhmənli kənd sakini 33 yaşlı Namiq İsmayılov olduğu müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 22 kiloqram 915 qram narkotikə oxşar vasitələr aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.