• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 14.05.2020 20:40

Hazırki dövrdə dondurma alarkən nəyə diqqət etməliyik?

KepezTV Player

Yay dedikdə ağıla ilk gələn dondurmadır. Qızmar mövsümü dondurmasız təsəvvür etmək qeyri-mümkündür. Dondurma yayın əvəzolunmaz sərinlik gətirən qidasıdır. Havaların da bir qədər isinməsi ilə satışda dondurmaların müxtəlif çeşidlərini də görmək olar. Bəs alıcı tələbatı necə, varmı və indiki vaxtda dondurmadan istifadə sağlamlıq üçün nə kimi fəsadlar törədə bilər?

İsti havaların əvəzolunmaz delikatesi – dondurma...  Onu  uşaqdan böyüyə hər kəs xoşlayır. Xüsusən də isti günlərdə. Hazırda yaz fəsli olmasına baxmayaraq marketlərdə növbənöv dondurmalara rast gəlinir.

Bəli, mövsüm açıq elan olunub. Amma bəzi valideynlər “Övladıma dondurma alsam bir dərd, almasam bir dərd” deyir. Bəs görəsən, damaq dadımızın əvəz olunmaz qidasının orqanizmə indiki dövrdə hansı təsirləri var? Ələxsus da karonavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda dondurma almağa ehtiyat etməliyikmi?

Əgər dondurmanı çox xoşlayırsınızsa, hər gün yeyə bilərsiz.  Amma müəyyən şərtlər daxilində və təbii ki, əsas gigiyena qaydalarına əməl etməklə. Belə olarsa ehtiyatlanmağa dəyməz.