• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3184
— 14.05.2020 20:42

DSX-nın rəis müavini saxlanıldı

KepezTV Player

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılan cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar. Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.