• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3940
— 14.05.2020 16:11

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb

KepezTV Player

Bu dəfə Gəncə polisi qanunsuz fəaliyyət göstərən tədris mərkəzini ifşa edib. Uşaq bağçasında sonra aşkarlanan tədris mərkəzində də xüsusi karantin rejiminin qaydalarının pozulduğu müəyyən edilib. Şəhər ərazisində bu istiqamətdə aparılan yoxlamalar davam edir.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmaq, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib.

Füzuli Şıxıyev Kəpəz RPİ-nin Təhqiqat bölməsinin rəisi: Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində koronovirus pandemiyasının yayılmasının qarşısını alınması məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimində Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyov küçəsi 99 ünvanında yerləşən Zahidov Hüseyn Əsgər oğlunun rəhbərlik etdiyi “Günəş” məktəbəqədər tədris mərkəzinin qrup halında qanunsuz olaraq fəaliyyət göstərdiyi aşkar edilib.

Aşkar edilən fakta görə Hüseyn Zahidov və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Ancaq tədris mərkəzinin sahibi iradlarla razılaşmaq istəməyib. Mərkəzdə bir neçə qrupun eyni vaxtda tədris apardığını inkar edib.  

Hüseyn Zahidov tədris mərkəzinin rəhbəri: Cəmi 4 uşaqdır fərdi məşğul oluruq. Vergini vaxtlı-vaxtında ödəyirik. Gigiyenik qaydaları da gözləyirik.

Buna qədər Gəncə şəhərində karantin rejiminin tələblərini pozan uşaq bağçası da aşkarlanıb.

Natiq Hüseyn