Gəncədə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə növbəti dəfə reyd keçiriblər. İri market, mağaza, aptek və bazarlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi yoxlanılıb, satıcı və alıcılarla profilaktik söhbət aparılıb. Şəhərdə müvafiq qrafik üzrə aparılan dezinfeksiya işləri ilə tanış olan rəsmilər, işlərin gedişatı ilə bağlı öz tövsiyyələrini veriblər. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlər söhbət aparılıb. Tibbi maskalardan, həmçinin həmin ictimai nəqliyyat vasitələrində quraşdırılan dezinfeksiyaedici vasitələrdən istifadənin zəruriliyi vurğulanıb. Sakinlərə tibbi maskalar da paylanılıb. Reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozan sakinlər barəsində qanunamüvafiq formada tədbir də görülüb. Sakinlər həyata keçirilən qabaqlayıcı tədbirləri məğbul hesab ediblər.
Sakin Çox yaxşıdır. Hər şey öz qaydasındadır. Elə bir narazılığım yoxdur. Süni qiymət artımı yoxdur.
Sakin Maskanı burada çıxartdım. Çünki mənim broxlarımda problem var. Aşağı etdim bir az nəfəs alım.
Natiq Hüseyn
- Baxış: 697