• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4123
— 13.05.2020 16:12

Evində narkotik yetişdirən şəxs saxlanıldı

KepezTV Player

Tovuzda başqalarını zəhərləmək bahasına pul qazanmaq sevdasına düşən şəxsin istəyi baş tutmayıb.

Tovuz Regional Mühafizə Şöbəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 28 yaşlı Elvin Süleymanov saxlanılıb. Polis əməkdaşları ona məxsus evə baxış keçiriblər, oradan kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.