• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 13.05.2020 15:12

Qətlin üstü "isti izlər"lə açıldı

KepezTV Player

Kürdəmir rayonunun prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən qətlin üstü “isti izlər”lə açılıb. Ötən gün saat 20 radələrində rayon sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Cəbrayıl Malkovun Atakişili kəndi ərazisində bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini 30 yaşlı Rahim İslamovun şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı törətdiyinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.