Koronavirus pandemiyası təhsil sahəsinə təsirsiz ötüşməyib. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejiminin tələblərinə uyğun olaraq universitetlərin, kolleclərin, məktəblərin və bu qəbildən olan bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Amma bu, biliyin əldə edilməsi və bu sahədə şəxsi inkişaf üçün maneə ola bilməz
Mövcud vəziyyətə əsasən, evdən çıxmadan da təhsil almaq mümkündür. Belə ki, müasir yönümlü müxtəlif proqram təminatlarından yararlanmaqla onlayn dərslərə qoşulmaq olar. Necə ki, karantin dövründə universitetlər, orta və idman məktəbləri, eləcə də ayrı-ayrı kurslar tərəfindən bu işlər həyata keçirilir.
Onlayn dərslərlə yalnız müəyyən təhsil proqramı çərçivəsində tədris olunan fənləri deyil, həmçinin dərsdən kənar mövzuları da oxuyub öyrənmək olar. Karantinə görə boş vaxtın çoxluğunu nəzərə alaraq həmişə maraqlandığımız amma zaman tapa bilmədiyiniz mövzunu elə evdə internetdən rahatlıqla tapıb öyrənmək mümkündür.
- Baxış: 544