• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2191
— 11.05.2020 12:09

Ağstafada güclü sel körpünü dağıdıb

KepezTV Player

Ağstafada güclü yağış fəsadlar törədib. Rayonun Yuxarı Göycəli kəndində Həsənsu çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən Köçəsgər, Eynallı, Yuxarı Göycəli, Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər. Aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub. Bundan başqa, Yuxarı Göycəli kəndində 2 körpünü də sel aparıb.