• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 09.05.2020 20:35

Ölkəyə narkotik keçirmək istəyən şəxslər sərhəd naryadına xəsarət yetirdi

KepezTV Player

Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunu Qarakazımlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı avtomobilin əraziyə yaxınlaşması, bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb. Onun Cəlilabad sakini 37 yaşlı Daxil Zamanov olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram “heroinə” oxşar narkotik vasitə aşkar olunaraq götürülüb. Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. 33 yaşlı Vasif Süleymanov rayonunun ərasində saxlanılıb. Əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.