• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 08.05.2020 19:38

Karantin uzadıldı, futbolçular yenə topsuz qaldı

KepezTV Player

Koronavirus pandemiyası ilə bağlı karantin rejiminin tətbiqi idmançıları və bu sıradan olan futbolçuları topsuz qoyub. Məşqdən və oyunlardan ayrı düşən oyunçular vaxtlarını evdə keçirməyə məcburdular.

Qaraxan Əliyev və Elcan Rəhimovun səsləndirdiyi fikirlər demək olar ki, onların bütün həmkarlarının düşündüyüdür. “Kəpəz”in gənc futbolçuları karantin dövründə tətbiq edilən qaydaları anlayışla qarşılayır və tələb olunanlara əməl etməyə çalışır. Martın 14-dən ölkəmzidə idman qurğular müvəqqəti olaraq bağlanıb. Bu qərardan sonra bütün yarışlar, o cümlədən I Divizionda mübarizə yarımçıq dayandırılıb.

Azərbaycanda çempionatın keçirilməsini təmin edən Peşəkar Futbol Liqası xüsusi karantin rejiminin mayın 4-də başa çatacağı halda yarışların bərpasını planlaşdırırdı. Bu o demək idi ki, komandalar tezliklə məşqlərə başlaya biləcəklər. Amma rejiminin uzadılması mayın 21-i və mayın 23-nə nəzərdə tutulan çempionatların bərpa vaxtını təxirə saldı.

I Divizionda çempionat martın 13-də 19-cu turun oyunlarından sonra dayandırılıb. “Kəpəz” sonuncu oyununu elə həmin gün Gəncədə “Sabah”ın ikinci komandasına qarşı keçirərək qələbə qazanıb.