• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1618
— 08.05.2020 19:58

Nağdla 10%, nağdsız 15% geri qayıdacaq

KepezTV Player

Bir neçə gün əvvəl Vergilər Nazirliyi tərəfindən əlavə dəyər vergisinin müəyyən hissəsinin qaytarılma mexanizmi açıqlandı. Neft və qaz məhsulları istisna olmaqla, pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan bütün məhsullara edilən ödənişin əlavə dəyər hissəsi geri qaytarılacaq. Artıq, texniki və hüquqi məsələlər də həllini tapıb. Gəncə bu prosedurdan xəbərdar olub olmayan sakinləri soraqladıq, siz də tanış olun.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, tənzimlənən yeni mexanizmlə bağlı diqqət olunası vacib məqamlar var.

Adil Şükürov - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin şöbə rəisi:  1-ci məqam istehlakçı fizik şəxs olmalıdır, 2-ci satıcı ƏDV ödəyicisi olmalıdır. Və son olaraq, satıcı yeni nəsil kassa aparatından istifadə etməlidir. Bu zaman istehlakçı tərəfindən nağd ödənilmiş vəsaitin 10%-i, nağdsız ödənilmiş vəsaitin isə 15%-i ona geri qaytarılır. Bunun üçün vətəndaş nə etməlidir? İlk öncə, www.edvgerial.az portalından qeydiyyatdan keçməlidir.

Alıcı lazımi informasiyaları adıçəkilən sayta yerləşdirdikdən sonra nəzarət kassa aparat qəbzinin üzərində qeyd olunan 12 rəqəmli id-ni daxil etməlidir. Həmçinin, alış-veriş günündən etibarən, ən gec 90 gün müddətində portalda qeydiyyat işini tamamlamalıdır.

Pərviz Məmmədzadə - mağaza əməkdaşı: ƏDV-yə dair yeni mexanizmlə bağlı alıcılar qəbzi mütləq şəkildə təqdim etməyimizi istəyirlər. Halbuki əvvəllər buna əhəmiyyət verməyənlər var idi. Amma artıq bir neçə gündür, sıra da gözləyirlər. Mağazamızda nağdsız, kartla ödənişlər də olur. Sevindirici haldır ki, müştərilərimiz hər iki halda, qəbzi tələb edirlər, yeni mexanizm barədə məlumatları var.

Məsələylə bağlı müvafiq mobil tətbiqdən istifadə edənlər əlavə üstünlük qazanır.

Adil Şükürov - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin şöbə rəisi:  Əgər vətəndaş “1Bank” mobil tətbiqindən istifadə edirsə, qeydiyyatdan keçən zaman 12 rəqəmli id-ni qeyd etmir. Nəzarət kassa aparatı çeki üzərində olan sürətli oxunuş kodunu mobil telefon vasitəsi ilə oxudaraq scan edərək, bu xidmətdən daha tez yararlana bilərlər.

ƏDV-nin geri qaytarılması proseduru təxminən, 30 gün müddətində həyata keçirilir.