• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 08.05.2020 19:29

Ləğv olunan banklardakı əmanətləri qaytaracaq bank müəyyənləşdi

KepezTV Player

Mərkəzi Bankının aprelin 28-də lisenziyalarını ləğv etdiyi "Amrah Bank" və "Atabank"dakı əmanətlər "Kapital Bank" vasitəsilə qaytarılacaq. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında bildirilir. Məlumata görə, kompensasiyalar nağdsız qaydada, agent-bankın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək. Qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq. Belə ki, iyunun 1-dən başlayaraq 30 min manat ekvivaləntinə qədər -30 min manat daxil olmaqla olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub.