Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşların karantin qaydalarına əməl etməsi üçün onlər tək cərimələnmir, daxili işlər orqanları tərəfindən həm də maarifləndirilir, qoruyucu vasitələrlə təmin edilirlər.
Şəmkir rayon polis şöbəsinin əməkdaşları gündəlik olaraq əhali arasında maarifləndirici tədbirləri davam etdirir. Poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edilir. Ehtiyac olmadıqda evdən çölə çıxmamaq tövsiyyə olunur, ictimai yerlərdə sosial izolyasiya tədbirlərinə əməl edilməsinin vacibliyi vurğulanır. Asayiş keşikçiləri nizam-intimaı təmin etməklə yanaşı əhaliyə tibbi maskalar da paylayır.
Sakin Çox razıyıq. Qarşıladılar hər şey qaydasındadır. Məsafəni qoruyuruq maskada paylayıblar.
Sakin Keşiyimizdə yaxşı dururlar. Çox yaxşıdır. Vəzifələrinə görə çox yaxşı qulluq edirlər.
Samux Rayon Polis Şöbəsinin əməkdaşları da rayon ərazisində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarəti gücləndirib. Qaydaların yumşaldılmasına baxmayaraq əhalinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər görülür.
Sakin Samux rayonunun Qiyaslı kəndindən gəlmişəm. Növbəmi də gözləyirəm. Kart alacam.
Cavid Məmmədov - Samux Rayon Polis Şöbəsinin rəis müavini: Vətəndaşların ara məsafəsi gözləməklə onları tibbi maska ilə təmin etmişik. Növbəli şəkildə banklara sosial ödənişlə bağlı müraciət edə bilirlər. Rayon ərazisində digər içtimai obyektlərdə sosial izolyasiya tədbirləri həyata keçirirlər.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları da sosial izolyasiya qaydalarına əməl edilməsini təmin etmək üçün səfərbər edilib. Asayiş keşikçiləri ictimai nəqliyyat vasitələrində, əhalinin daha çox üz tutduğu məkanlarda təbliğat xarakterli söhbətlər aparır, vətəndaşlara tibbi maskadan istifadənin vacibliyini izah edirlər. Sosial obyektlərin qarşısında ara məsafələrin qorunması ilə yanaşı əhaliyə tibbi maska da paylanılır.
Natiq Hüseyn
- Baxış: 929