“Birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir. Həmçinin onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır”. Ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Vurğulayıb ki, 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəmə həyata keçirilib. May ayı üzrə ödənişlə bağlı isə vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini alacaqlar. Nazir 90 manat alanların sayının işsizlik səviyyəsi ilə əlaqələndirməsinə münasibət bildirib. Onun sözlərinə görə, birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər də olub. Bu şəxslərin hamısının işsizlərə aid edilməsi əlbəttə düzgün deyil və sadə dillə desək faktların təhrif edilməsidir.
- Baxış: 274