• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 05.05.2020 20:38

Millət vəkilinin aksiyası diqqət çəkib

KepezTV Player

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə idman qurğuları bağlanıb. İdmansız qaldığımız müddətdə sağlam həyat tərzi keçirməyimiz və artıq çəki almamağımız üçün bir sıra aksiyalar həyata keçirilib. Belə aksiyalardan birinin təşəbbüskarı millət vəkili Müşfiq Cəfərov olub.

Gənclər və İdman Komitəsinin üzvü olan millət vəkili karantinin ilk günlərindən #evdəqal #idmandanqalma məqsədilə sosial şəbəkədəki səhifəsindən çağırış edib. Müşfiq Cəfərovun təşəbbüsünə Gəncədə fəaliyyət göstərən idman məktəbləri də dəstək olub. Səbəkə istifadəçiləri özlərinin də iştirak edərək çəkdikləri çarxları facebook üzərində paylaşmaqla aksiyaya qatılıblar. Digər izləyicilər isə #səhəridmanet adı altında yerləşdirilən həvəskar video çarxları izləməklə bu çağırışa qoşulublar.

Millət vəkilinin bu kampaniyası insanların sosial şəbəkə üzərindən idmana olan həvəsini artırmağa yardımçı olub. Hər bir uğurlu video sahibinə futbol, basketbol və voleybol topu kimi həvəsləndirici hədiyyələrin təyin edilməsi aksiya iştirakçılarını stimullaşdırıb.

Karantinin rejiminin yumşaldılmasına baxmayaraq Gəncə də daxil olmaqla Bakı, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən məhdudiyyətlərin qalması Müşfiq Cəfərovu aksiyanı davam etdirməyə sövq edib.

Qeyd edək ki, Müşfiq Cəfərov idmançılara dəstək məqsədilə onların formada qalmaları üçün idman dərslərinin sosial şəbəkələr vasitəsilə keçirilməsi təklifilə də çıxış edib.