31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq və əhalinin rahat gediş-gəlişini asanlaşdıracaq.
Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşların rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikanın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq.
Qərb bölgəsində yol infrastrukturunun inşası təkcə Goranboyla kifayətlənmir. Eyni zamanda Şəmkirdə də rayonla kənd və qəsəbələri birləşdirən yollar yenidən qurulur.
Tədbirlər planına uyğun olaraq 17 km uzunluğa malik Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunda da yenidənqurma işlərinə başlanılıb. Ərazidə yolun hərəkət hissəsi genişləndirilir, torpaq yatağı karxana çınqılı ilə əsaslı şəkildə yenidən qurulur.
Hazırda tikinti işləri dağlıq relyefə malik Tatarlı kəndinin ərazisində gedir. Bu günədək pis vəziyyətdə olan yolun inşasını səbirsizliklə gözləyən kənd sakinləri görülən işlərdən razıdırlar.
Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolununun tikintisi yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Yolları bərbad vəziyyətdə olan Tatar kənd sakinləri hazırda Qovlar qəsəbəsinə gedən bu yoldan istifadə etməklə rayon mərkəzinə gedirlər. Ancaq yaxın gələcəkdə yol infrastrukturu yeniləndikdən sonra kənd sakinləri Şəmkirə birbaşa Tovuz ərazisinə daxil olmadan çatacaqlar.
- Baxış: 436