Ölkədə əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar bərbərxanalar və gözəllik salonlarına da şamil olundu. Bəs adıçəkilən məkanlarda virusa yoluxmamaq üçün tədbirlərə hansı səviyyədə riayət olunur?
Karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq fəaliyyətini bərpa edən bərbərxana və gözəllik salonlarında infeksiyon prosedurlara diqqət edilir. Adıçəkilən məkanlarda otaqların künc bucağınadək təmizlənməsi, istifadə olunan alətlərin sterilizə edilməsi, müştərilərin əllərinin xüsusi məhlul vasitəsilə dezinfeksiya olunması kimi məqamlar bunu deməyə əsas verir.
Zərnurə Quliyeva saç ustası:Gigiyenik normalara uyğun olaraq bütün əməkdaşlarımız bu məsələyə diqqətlə yanaşırlar. Saç kəsimi zamanı əlcək və maskalardan istifadə edirlər. Saç kəsimi bitdikdən sonra daraq və qayçıları xüsusi avadanlıq vasitəsilə sterilizə edirik. Çalışdığımız qədər hər şeyə diqqətlə yanaşırıq. Müştərilərimiz daxil olduğu zaman xüsusi məhlul vasitəsilə əllərini dezinfeksiya edirlər.
İş prosesində ən çox qayçı və daraqdan istifadə edən bərbərlər, gigiyenik normaya riayət etməklə həm özlərini, həm də müştəriləri qorumuş olurlar. Onlar maska və əlcəklərdən istifadəni zəruri sayır.
Ramin Kərimov bərbər:Müştərilərlə təmasda olarkən ara məsafəsini gözləyirik. Əlcək və maskadan istifadə edirik. Hər müştəri ilə işlədikdən sonra əllərimizi yuyuruq. Hər müştəriyə uyğun pünyarlarımız var. Onları birdəfəlik istfiadə edirik, tez-tez dəyişirik.
Dünyanı pandemiyadan, epidemiyadan, virusdan, xəstəlikdən gözəllik xilas edəcək. Gözəlliyi də cilalamaq xüsusi peşəkarlıq tələb edir. Gözəllik sektorunda çalışanlar da karantin dövründə fəaliyyətləri üçün qoyulan şərtlərə əməl etməkdə maraqlı olmalı, təmizliyə riayət etməlidirlər.
Valeh Anaroğlu
- Baxış: 412