• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 05.05.2020 12:36

Həmyerlisini güllələyən şəxs tutulub

KepezTV Player

Şəmkirdə həmyerlisini güllələyən şəxs saxlanılıb. Belə ki, ötən gün Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini Famil Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Famil Muradov saxlanılıb, ondan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb, Asif Muradov isə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb.