• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4122
— 04.05.2020 20:08

Şəmkirdə silahlı insident olub, xəsarət alan var

KepezTV Player

Şəmkirdə silahlı insident baş verib. Hadisə Dəllər-Cırdaxan kəndində qeydə alınb. Kənd sakini, 37 yaşlı Famil Muradovla həmyerlisi 34 yaşlı Asif Muradov arasında mübahisə yaranıb. Bu zaman Famil Muradov Asifə bud nahiyəsindən odlu silahla atəş açıb. Xəsarət alan Asif Muradov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxsin əvvələr bir-biri ilə ədavəti olub. Hadisə yerinə hüquq mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.