Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimindən əvvəl ölkəmizə gələrək geri dönə bilməyən Gürcüstan vətəndaşları qonşu ölkəyə təxliyə olunublar. 26 nəfər bu gün günorta saatlarında Gürcüstanın Gəncədəki Konsulluğundan xüsusi avtobusla qonşu ölkəyə yola salınıb. Onlar əsasən yaxın qohumları Azərbaycanda yaşayan və bunun üçün ölkəyə gələn şəxslər olub.
Sabir Camaloğlu Gürcüstan vətəndaşı: Gürcüstanın Karelli rayonunda yaşayıram. Yoldaşım Göyçay rayonundandır. Azərbaycan vətəndaşıdır. Gürcüstana gedə bilmirdim. Səfirliyə, konslluğa müraciət etdik, indi getməyə hazırlaşırıq.
Zakir Hüseynov Gürcüstan vətəndaşı: Qaradabanı rayonunda yaşayıram. Samuxa oğlumun yanına gəlmişdim. İndi getmək istəyirəm.
Natiq Hüseyn
- Baxış: 700