• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 02.05.2020 12:30

Karantin dövründə heyvandarlıqda diqqət edilməli məqamlar

KepezTV Player

Heyvanlarda müxtəlif xəstəlik mikrobları, bakteriyaları və viruslar var. Son zamanların yoluxucu xəstəlikləri də daha çox heyvan mənşəlidir. Ətraf mühit amilləri bu prosesi daha da sürətləndirir desək yanılmarıq. Ancaq bu təhlükədən qorunmaq mümkündür. Fermerlərin timsalında bu necə baş verir?

Hüseyn Vəliyev fermer:İşçilərimiz iş vaxtı, sağım prosesində xüsusi əlcəklərlərdən istifadə edirlər. Əllərini xüsusi məhlullar vasitəsilə dezinfeksiya edirlər. Eyni zamanda inəklərin yerləri təmizlənir, sağım prosesindən sonra təmizlik işləri görülür. İşçilər də şəxsi gigiyena qaydalarına riayət edirlər. Bir fermer olaraq, biz də çalışırıq ki, fermamızda bütün gigiyenik qaydalara riayət olunsun.

İri və xırdabuynuzlu heyvan təsərrüfatlarında çalışan insanların diqqət etməli olduğu məqamlar tək gigiyena ilə yekunlaşmır. Həmin məqamlara mütəxəssis tövsiyələri aldıq.

Mahir Hacıyev Heyvandarlıq ElmiTədqiqat İnstitutunun direktoru: Sağım prosesində, heyvanların yemləndirilməsində, hətta yumurta yığımında, xırdabuynuzlu mal-qaranın otarılması prosesində mütləq olaraq gigiyenik vasitələrdən istifadə edilməlidir.Dezinfeksiya, sanitar-gigiyenik normalara riayət olunması, heyvanların peyvəndlənmə məsələlərinə mütləq diqqət yetirilməlidir.Bununla yanaşı heyvanların yemləmə şəraitinin təkmilləşdirilməsi və yüksək qidalı yemlərlə qidalandırılması əsas məsələlərdəndir.

Postpandemiya dövründə qərb bölgəsində fəaliyyət göstərən fermerlər müxtəlif analizlərin götürülməsi üçün Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna müraciət edə bilərlər. İnstitut əməkdaşları fermerlərə xidmət göstərməyə davam edirlər.

Mahir Hacıyev Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru: Heyvandarlıq Elmi Tədqiqat İnstitutu olaraq fermerlərə onlayn təlimlər keçirilir.Bu ay ərzində 20-dən artıq təlim keçirilib.Fermerlərin müraciətləri olur.Bizim yem və süd analizləri laboratoriyamız pandemiya dövründə karantin rejiminə uyğun olaraq fermerlərə xidmət edir.Əməkdaşlarımız da bu prosesdə fəaldır, analizlərin götürülməsində iştirak edirlər və fermerlərə analizlərin cavabını qısa müddət ərzində bildirirlər.

Koronavirus kimi xəstəliklərin yayılmasının qarşısının alınmasına ən böyük töhfə elə təmizliyə riayət edilməsidir. İnsanlar həm özünün, həm də heyvanların sağlamlıqlarını qorumaq üçün vahid yanaşma sərgiləməlidir. Ən sadə gigiyena qaydası olan əllərin yuyulması təbliğ olunmalıdır.

Valeh Anaroğlu