İctimai nəqliyyata artan tələbat sağlamlığı qoruma tədbirlərini ikinci plana keçirmir. Maska və əlcəkdən istifadə, ara məsəfasəini qorumaq, gigiyenik normalara riayət etməl sürücülər və sərnişinlər üçün vacib sayılır. Çünki onlar özləri də bilmədən başqalarının həyatını təhlükə qarşısında qoyurlar.
Mütəmadi olaraq avtobusların istifadəçisi olan sərnişinlər əvvəlki günlərlə müqayisədə həm təmizlik, həm də intervalla bağlı vəziyyətin müsbətə doğru dəyişdiyi qənaətindədirlər.
Sakin - 10 dəqiqə olar gözləyirəm. Hələki mövcud vəziyyətə razı olmalıyıq. Koronavirusa görə məcburuq. Gözləməliyik. Hər şey yaxşıdır. Süpürürlər, təmziləyirlər.
Sakin - Fəaliyyətlərindən də, təmizlikdən də razıyam.
Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsininin əməkdaşları karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq şəhərdaxili sərnişindaşımanın tənzimlənməsi ilə bağlı sürücülərlə maarifləndirici söhbət aparıb. Sahibkarlar isə xəbərdar edilir - avtobuslar dezinfeksiya olunduqdan sonra xəttə buraxılmalıdır.:
Ruslan Paşayev - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası: Sərnişindaşıma idarəsi də öz strateji mövqeyinə uyğun olaraq, virusun qarşısının alınması istiqamətində ciddi tədbirlər görülüb. Hal-hazırda proses davam edir. Daşıyıcı şirkət rəhbərlərinə müntəzəm istifadə olunan nəqliyyat vasitələrinin dezinfeksiya etdirilməsi və onların sürücülərinin tibbi maskalardan, gigiyenik məhlullardan istifadə etmək tapşırığı verilib. Gün ərzində 120-125 nəqliyyat vasitəsi fəaliyyət göstərir. Bu avtonəqliyyat vasitələri də dezinfeksiya olunduqdan sonra xəttə buraxılır.
İctimai nəqliyyatda sərnişinlərin ara məsafəsini gözləməsi, özlərini və ətrafdakıları qoruması da diqqət yetirilən məqamlardandır.
- Baxış: 686