• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1960
— 28.04.2020 14:11

Narkotiklə tutulan şəxslərin silsilə oğurluqlar törətdiyidə məlum olub

KepezTV Player

Tovuzda narkotik alqı-satıqısı ilə məşğul olan iki nəfər saxlanılıb. Həmin şəxslərin ətrafında aparılan araşdırmalar zamanı onların Şəmkirdə də silsilə oğurluqlar törətdiyi məlum olub. 

Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axatrış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,283 qram qram metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün tanışı Musa Nağıyevdən 20 manata aldığını bildirib.

Eşqin Ələkbərov saxlanılan şəxs: Mən narkotik istifadəçisiyəm. Zəng etdim Musaya dedim mənə narkotik lazımdır. Çağırdı evlərinin yanına, zəng etdi, 20 manatı verdim getdi narkotiki götürdü gəldi. Narkotiki götürüb evə gedəndə məni tutdular.

Narkotik vasitəni satmaqda adı keçən əvvəllər məhkum olunmuş Tovuz sakini Musa Nağıyev də saxlanılıb və Eşqin Ələkbərova narkotik vasitə satdığını etiraf edib. Hər iki şəxsin ətrafında aparılan araşdırmalar zamanı onların ötən ilin iyuldan başlayaraq silsilə oğurluqlar törətdiyi də müəyyən edilib.

İmran Həsənov müstəntiq: Həmin şəxslər Şəmkir rayonunun Düyərli kəndində Məmmədov Elşən Rövşən oğluna məxsus “Zeytun” adlı aptekə qanunsuz daxil olaraq oradan 20 manat nəğd pulu elə həmin gün gecə vaxtı Düyərli kənd sakini Abbasov Tamerlan Akif oğluna məxsus olan “LG Telekom” mağazasına daxil olub oradan 7700 manat məbləğində nəğd pulu, 660 ABŞ dollarını, “Samsung J-3” markalı mobil telefonu gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda yəni ümumilikdə 8920 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər.

Musa Nağıyev cinayət ortağı Eşqin Ələkbərovla birlikdə Tovuz və Şəmkir rayonlarında 6 müxtəlif ünvandan oğurluq yolla əldə etdiklərini öz aralarında bölüblər. Hətta Tovuzda bir obyekti iki dəfə qarət etməkdən belə çəkinməyib.

Musa Nağıyev saxlanılan şəxs: Təxminən bir il bundan əvvəl Tovuz rayonunda bjuterya mağazasından bjuterya götürmüşük. Bir müddət sonra Telman mağazasına girmişik. Həmin gün ərzində Bozalğanlıda oğurluq etmişik. Birdə Şəmkirin Düyərli kəndindən iki dəfə oğurluq etmişik. Əməlimizdən peşamanıq.

Saxlanılan şəxslərin barəsində Tovuz rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların digər oxşar cinayətlərdə iştirakı araşdırılır.

Natiq Hüseyn