KepezTV Player
Müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr "Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir və müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək. Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq. Proses barədə mütəmadi məlumat veriləcək.
- Baxış: 326