• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 27.04.2020 11:21

Karantin rejimini pozan 41 mindən çox hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

KepezTV Player

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 26-dan 27-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumat görə, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.