• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 26.04.2020 20:35

Xüsusi karantin rejimində ev heyvanlarına qulluq

KepezTV Player

Xüsusi karantin rejimi dövründə insanlar kimi digər canlıların da sağlamlığına diqqətlə yanaşmaq lazımdır. Xüsusilə evində heyvan saxlayan insanlar gigiyenik qaydalara daha həssas yanaşmalıdırlar. Baytar tövsiyəsinin həmin insanlara faydalı olacağını nəzərə alaraq material hazırlamışıq. Gətirək həmin materialı ekranlara

Xüsusi karantin rejimi müddətində məcbur qalmadıqca küçəyə çıxmaq olmaz. Ancaq ev heyvanları, xüsusən də itləri gün ərzində bir neçə dəfə küçəyə çıxmaq vacib sayılır.

Aytəkin Bağırova heyvan sahibi: Ev heyvanına sahib olmaq çox böyük məsuliyyətdir. Evimizə heyvan götürərkən yüz ölçüb, bir biçməliyik. Çünki onların qida rasionları, onların həyat tərzi çox mürəkkəb olduğu üçün diqqətli olmaq lazımdır. Təmiz, sanitariya normalarına uyğun, normalara cavab verən qidalarla qidalandırdıqdan sonra daha yaxşı olar. Bizim itimiz kök də, sevir. Gün ərzində ona bir kök verdikdə şad olur.

Nicat Məmmədov heyvan sahibi: Pişiyimin infeksiyaya yoluxmaması üçün ictimai yerlərdən uzaq saxlayıram. Evdə saxlayıb, qoruyuram. Həmçinin küçəyə çıxanda onu dezinfeksiya edirəm. Karonavirusa yoluxmaması üçün bir canlı olaraq onun da təmizliyinə riayət edirəm, təmizlik tədbirlərini yerinə yetirirəm.

Heyvanların çölə çıxarılmasının hansı şərtlər daxilində mümkünlüyünə Daxili İşlər Nazirliyi də münasibət bildirib.

Aygün Həmdizadə DİN-in mətbuat xidmətinin əməkdaşı: Ərzaq və dərman almaq üçün habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsilə icazə alınmalıdır.İcazəsi olan şəxslər 2 saat müddət ərzində ev heyvanlarını da gəzdirə bilərlər.

Evlərində it-pişik saxlayanların qayğıları böyükdür. Onları narahat edən suallar da çoxdur. Ən əsası da koronavirus epidemiyasının yayıldığı dövrdə hansı gigiyenik normalara riayət olunması ilə bağlı suallar. Bu sualların cavabını tapmaq üçün baytar tövsiyələri aldıq.

Ramin Abbasov baytar:Heyvanları gəzintiyə çıxararkən onları ictimai yerlərə aparmayın.Əgər toplu formada insanların olduğu məkanlarda gəzdirirsinizsə, həmin insanların onları tumarlamasına, toxunmasına icazə verməyin.Bu qaydalara riayət etmək lazımdır.Gəzintiyə çıxardıqdan sonra itlərinizi evə gətirərkən onların ön və arxa ətraflarını sabunlu maye ilə təmizləmək, yaxud da dezinfeksiyaedici məhlullarla yuyulması məsləhətdir.Pişiklərin isə gəzməyi üçün çölə çıxmaqlarına qətiyyən icazə verilməməlidir.Karonavirus xəstəliyi onlarda həzm sistemində baş verən pozuntular və ishallarla nəticələnə bilər.

Görünən odur ki, xüsusi karantin rejimində ev heyvanları saxlayan şəxslər digərləri ilə müqayisədə daha səbirli davranmalı, diqqətli olmalıdırlar. Çünki heyvanlarda çoxlu xəstəlik törədən mikroblar və parazitlərin yumurtaları ola bilər. İt və ya pişiklər bu cür xəstəlik törədicilərini öz sahiblərinə ötürə bilər.

Valeh Anaroğlu