• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 26.04.2020 20:30

Peyvəndləmədən kənarda qalan uşaqlar üçün immunlaşma həftəsi

KepezTV Player

İndi hər kəsin kabusuna çevirilən bir xəstəlik var. İnsanlar ona yoluxmaqdan çox qorxurlar. Dünya əhalisi ondan qorunmaq üçün sözün əsl mənasında bütün üsullara əl atır. Əfsuslar olsun ki, minlərkə insanın ölümünə səbəb olan Covid-19 ölkəmizdən də yan keçməyib. Mütəxəssislər, həmin xəstəliyə yoluxanların immun sisteminin zəif olmasını başlıca səbəb kimi göstərirlər. Odur ki, müxtəlif xəstəliklərə qarşı Gəncədə də başladılan uşaqların immunlaşdırılması vacib hesab edilən tədbirlərdəndir. Valideynlərə müraciət edilərək erkən aparılan peyvəndin uşaqları difteriya, iflic, tetanus kimi xəstəliklərdən qoruduğuna diqqət çəkilir.

Gəncədə 6 yaşa kimi olan uşaqların təhlükəli viruslara qarşı peyvəndlənməsi aparılır. 11 xəstəliyə qarşı immunitetin gücləndirilməsinə xidmət edən immunlaşdırma ərazi poliklinikalarında sahə həkimləri tərəfindən aparılır.

Mərziyə İsgəndərova vaksinator: Poliomielit xəstəliyinə görə OPV ağızdan verilən damcı doğum evindən başlayır. 3-5 günündə doğum evində sıfır polimer verilir BSJ vaksini ilə birlikdə. Sonra 2,3,4 aylığında bir də yaş yarımında yəni 18 ayında veririk. İndi İPV proqramında təqvimə düşüb yəni inaktivləşdirilmiş. Onu 6 ayında bircə dəfə indeksiya halında edirik. OPV ikinci, bu isə üçüncü tipindən qoruyur.

Uşaqlar müayinə olunduqdan sonra peyvəndə cəlb edilir. Hərarəti, hər hansı xəstəliyi olanların porosesdə iştirakına yol verilmir

Gülxar Əsgərova 1 nömrəli uşaq poliklinikasının baş həkimi: Yoluxucu xəstəliklərin 11 adda hansılar ki, onlar idarə olunan infeksion xəstəliklərdir. Ən ağır polimelitdir, difteriadır, göy öskürək, qızılca, məxmərəkdir. Bu gün valideynlərin içərində bir narahatlıq var.Fikirləşirlər ki, proflaktiv peyvəndlərin olması bu gün məqsədə uyğun deyil. Amma belə deyil. Bu gün proflaktiv peyvəndlər olması Ümumdünya Səhiyyə təşkilatı, Respublika Səhiyyə Nazirliyi, Respublika GEM tərəfindən göstəriş verilib ki, mütləq peyvəndlər olunmalıdır. Biz həkimlər əl-ələ verməliyik bunların hamısını cəlb etməliyik.

“İmmunlaşdırma həftəsi” aprelin 26-dək respublikanın bütün şəhər və rayonlarında keçiriləcək .