• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 26.04.2020 11:56

Kürdəmirdə sürücü yanaraq öldü

Gecə saatlarında Kürdəmirdə ağır yol qəzası olub. Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində BMW markalı avtomobil paytaxt istiqamətində hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla gedib və sonra qəfil yanıb. Nəticədə sükan sahibi - Ağdam rayon Xındırıstan kənd sakini 60 yaşlı Vahid Həsənov yanaraq ölüb. Hadisə yerinə Fövqəladə Hallah Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, alov söndürülüb. Yanmış meyit avtomobildən çıxarılaraq müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.