• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 672
— 24.04.2020 15:59

Boks məşqçilərinin karantindəki işi

KepezTV Player

Koronavirus pandemiyasının doğurduğu qlobal problemlər idman dünyasını geri salmaqda davam edir. Yarışlar ləğv olunduğundan, idman obyektləri bağlandığından məşqlər də dayandırlıb. İdman sahəsindəki fəaliyyətsizlik bu sferaya aidiyyatı olan insanları evdə oturmağa məcbur edib.

Gəncədə boksun inkişafına çalışan məşqçilərdən olan Şahin Nik-Nicat və Turqay Əliyev indi gününü evdə keçirir. İllərdir ki, 2 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbində çiy-çiyinə çalışan ikili yalnız həmkar yox, həm də yaxın dost və qonşudurlar. Adi günlərdə məşq və yarış zallarında görünən mütəxəssislər karantin rejimində sevimli peşəsindən ayrı düşməklə işsizliyin əsirinə çevriliblər.

Koronavirus səbəbindən planların üstündən xətt çəkilməsi məşqçiləri onlayn şəkildə məşq keçməyə vadar edib. Bu, vəziyyətdən çıxış yolu olmasa da, müəyyən mənada idmançılara formada qalmağa imkan verir.

Müsahibə zamanı Turqay Əliyev boksçulara verilən tapşırıqlardan da danışıb. Məşqlərlə bağlı önəmli bir məsələyə də diqqət çəkib.

Boş vaxtın çoxluğu məşqçilərin də dünya boksunda baş verən yeniliklərdən xəbərdar olmasına, nələrisə öyrənməsinə, mütaliə etməsinə şərait yaradır.

Məşq zallarına, yetirmələrinə öyrəşən və onlar üçün darıxan mütəxəssislərin hazırda əsas arzusu koronavirus təhlükəsinin aradan qalxması və həyatın əvvəllki rejimə qayıtmasıdır.