• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 24.04.2020 15:31

Yüksək pensiya və müavinət alanlar da 190 manatı əldə etməyə cəhd göstərirlər

KepezTV Player

350 min şəxsə 190 manat ödəniş edilib. Müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblının sözlərinə görə, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd göstərirlər. Talıbov diqqətə çatdırıb ki, qeyd olunan hallar müraciətlərə baxılması və emalı e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir.