• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 24.04.2020 11:50

Reyddə sakinlərə tibbi maska və əlcək paylanıldı

KepezTV Player

Koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantin rejiminin mühüm tələblərindən biri insanların zərurət olmadığı halda evdən çölə çıxmaması, qoyulan qaydalara əməl etməsidir. Azərbaycan ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarəti Daxil İşlər Nazirliyi həyata keçirdiyindən Gəncədə polis əməkdaşları tərəfindən də mütamadi olaraq reyd təşkil olunur, sakinlərin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə necə əməl etmələri tez-tez yoxlanılır. Əlverişsiz hava şəraitinə baxmayaraq növbəti belə reyd Daxili Qoşunların hərbçiləri ilə birlikdə şəhərin mərkəzində təşkil edilib. Əsasən, maarifləndirici xarakter daşıyan reyddə sakinlərlə profilaktiki söhbətlər aparılıb, onlara tibbi maska və əlcək geyinməyin vacibliyi barədə məlumat verilib. Qoyulan tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyi diqqətə çatdırılıb.