• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 23.04.2020 20:37

“Whatsapp”la narkotik satanlar tutuldular

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib. Belə ki, Baş İdarəyə Fərid və Seymur adlı şəxslərin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyatla paytaxt sakinləri Fərid Şamxalov və qohumu Seymur Şamxalov saxlanılıblar. Üzərlərində şəxsi axtarış aparılan zaman 15 qram heroin, 25 qram metamfetamin, 56 ədəd dövriyyəsi və satışı qadağan olunan “Pregabalin”, 40 ədəd “Tropin”, 2 ədəd “Ekstazi” həb” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Narkotik vasitələri alan şəxslər pulu F.Şamxalov və S.Şamxalovun hesablarına müxtəlif ödəmə terminalları vasitəsi ilə onlayn yolla köçürüblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan narkokuryerlərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.