Qərb regionunda yaşayan gənclər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan xüsusi karantin rejimi nəzərə alınaraq öz fəaliyyətlərini onlayn şəkildə davam etdirirlər. Müxtəlif fəaliyyətlərlə məşğul olan fəal gənclərimizin dostlarına çağırışı da var. Həmin çağırışı və gənclərin fəaliyyətini geniş şəkildə izləmək üçün diqqət ekranlara.
Qərb regionunda yaşayan gənclər Azərbaycanda tətbiq edilən onlayn fəaliyyət praktikasından səmərəli formada yararlanırlar. Onlar asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif fəaliyyətlərə qoşulurlar. Təşkil olunan onlayn kurslarda iştirak edən gənclər, fürsətdən yararlanaraq yeni bilik və bacarıqlara yiyələnirlər.
Mirqədir Əliyev fəal gənc: Asudə vaxtımı səmərəli formada dəyərləndirməyə çalışıram.Onlayn kursların xidmətlərindən yararlanıram.Ödənişsiz kurslar mövcuddur hazırda.Biz gənclər olaraq, ödənişsiz vebinarlar, xeyriyyə askiyaları təşkil edib, həyata keçiririk.Karantin günlərdində gənclərə tövsiyəm budur ki, faydalı məşğuliyyətlərlə məşğul olsunlar.
İlahə Qurbanova fəal gənc: Ölkəmizdə elan olunan karantin rejimi ilə əlaqədar olaraq, təhsil onlayn sistemdə təşkil olunur.Bəzi sahələr də bununla əlaqədar olaraq dayandırılıb.Lakin könüllülər öz fəaliyyətini davam etdirir.Mən də könüllü olaraq müxtəlif xeyriyyə aksiyalarında iştirak edir, ahıllara köməklik etməyə çalışıram.Bununla yanaşı onlayn təlimlərdə, vebinarlarda iştirak etməyə çalışıram.Asudə vaxtlarımda isə kitab oxumağı, idmanla məşğul olmağı çox sevirəm.Mən də öz növbəmdə bütün gəncləri asudə vaxtlarını səmərəli formada dəyərləndirməyə səsləyirəm.
Roza Rəfiyeva fəal gənc: Mən də fəal gənc olaraq karantin rejimini yaxşı dəyərləndirirəm.Onlayn təlimlərdə, kurslarda, həmçinin xeyriyyə aksiyalarında iştirak edirəm.Bilik və bacarıqlarımı artırıram.Əsas məqsəd budur ki, boş vaxtımız səmərəli keçsin.
Bəzi gənclər isə, onlayn dərslərlə yanaşı müxtəlif xeyriyyə aksiyalarında iştirak edirlər. Yaşadıqları rayonda təşkil olunan aksiyalarda iştirak edən gənclər bu nəcib fəaliyyətin vətəndaşlıq borcu olduğunu söyləyir.
Kənan İbrahimov fəal gənc: Şəmkir gəncləri olaraq, bir çox fəaliyyətlər həyata keçiririk.Ölkə başçımızın tapşırığına uyğun olaraq bu təşəbbüslərə bütün gəncləri cəlb etmişik.Bu günə qədər gənc könüllülərimiz 1000-ə yaxın aztəminatlı ailəyə və xüsusi qayğıya ehtiyacı olan insanlara yardım payının çatdırılmasında iştirak ediblər
Koronavirusun psixoloji fəsadlarından qorunmağın yollarını öyrənən gənclər, ev şəraitində musiqi, idman kimi başqa fəaliyyətlər də həyata keçirirlər. Öz maarifləndirici, öyrədici videolarını hazırlayıb, sosial mediada bölüşürlər.
Lalə Bəxtiyarqızı fəal gənc: Gəncə Musiqi Kollecinin dördüncü kurs tələbəsiyəm. Asudə vaxtlarımda musiqi ilə məşğul oluram.Bununla yanaşı artıq bir neçə həftədir ki, onlayn xarici dil kurslarına qatılmışam.Eyni zamanda "Könüllü qonşu" layihəsinə qoşularaq, ətrafımızda tənha yaşayan insanlara dəstək olmağa çalışırıq.Ümid edirəm ki, Siz də evdə qalaraq, zamanınızdan səmərəli istifadə edəcəksiniz.
Surxay Əzimli fəal gənc: Mən fəal gənc olaraq vaxtımı səmərəli formada təşkil edirəm.Fürsət tapan kimi, onlayn kurslarda, dərslərdə iştirak edirəm.Bir Azərbaycan gənci olaraq, özümüzü təkmilləşdirməkdən, bacarıqlarımızı artırmaqdan qürur duyuram.
Kənd təsərrüfatı sahəsində təhsil alan gənclər də sosial izolyasiya dövründə boş dayanmır. Öz sahələri ilə bağlı müxtəlif araşdırmalar apararaq, ixtisaslarını daha dərindən mənimsəyirlər.
Nicat Məmmədov fəal gənc: Bir tələbə olaraq, universitetimizin təşkil etdiyi onlayn dərslərə qoşuluram.Kitab oxumaq, idman etmək kimi faydalı məşğuliyyətlərlə məşğul olruam.İnternet vasitəsilə müxtəlif araşdırmalar aparıram. Müəyyən portallar vasitəsilə ölkədə və dünyada baş verən prosesləri yaxından izləyirəm.
Gənclər evdə oturaraq əyləncəli bilik yarışmalarına da təşviq edilir. Çünki onlayn layihələrin bütün fəaliyyətində gənclərin və könüllülərin rolu çox böyükdür. Gənclər karantin rejimi dövründə gənclər təşkilatlarının onlayn layihələrində də yaxından iştirak etməli, öz asudə vaxtlarını səmərəli formada dəyərləndirməlidirlər.
Valeh Anaroğlu
- Baxış: 315