• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 22.04.2020 18:33

Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Bakı şəhər sakini Anar Məmmədov paytaxtın Nizami rayonunda tutulub. Üzərində şəxsi axtarış aparılan zaman 0,870 qram heroin, 1,028 qram metamfetamin aşkar olunub. Məmmədovun yaşadığı evdən isə əlavə 3,873 qram heroin və 14,345 qram metamfetamin götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla onun müxtəlif sosial şəbəkələrdə “Metidenxmya” və “Zakladka Bakı” adı ilə qeydiyyatdan keçərək özünə məxsus səhifələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ etməsi müəyyən olunub. Məmmədov narkotik vasitələri onlayn yolla satışa çıxarıb və ayrı-ayrı şəxslər onun plastik kartına buna görə pul vəsaitləri köçürüblər. Saxlanılan şəxsin evindən həmin vəsaitlərin toplandığı plastik kart da aşkar olunub. Anar əmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.