KepezTV Player
Paytaxtda Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən gözəllik salonu aşkar edilib. Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerlləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusupov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər. Obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati qaydada cəzalandırılıblar.
- Baxış: 869