Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqının, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının müxtəlif dərəcələrində hesablanması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmində qeyd olunur. Dəyişikliklərə əsasən, fiziki şəxslər, torpaq sahəsi 5 hektara qədər olduqda minimum maaşın 2%-i qədər, 5 hektardan 10 hektara qədər olduqda 6%-i qədər, 10 hektardan çox olduqda isə 10%-i qədər sosial vergi ödəyəcəklər. Torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də planlaşdırılır. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qədər artırıldığını nəzərə alsaq, 5 hektara qədər torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
- Baxış: 254