• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 22.04.2020 11:41

Karantini pozan daha 1 822 sürücü cərimələndi

KepezTV Player

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 21 aprel saat 00:00-dan 22 aprel 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 822 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə 1 apreldən bu günədək 35 156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.