• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3010
— 21.04.2020 14:28

Gəncədə “Zaporoji” ilə avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Sosial şəbəkələrdə yayılan videodan sonra sükan sahibinin izinə düşən yol polisləri qısa azmanda həmin sürücünü aşkarlamağa müvəffəq olublar. El arasında Zapı adlandırılan sovet istehsallı avtomobillə Gəncədə avtoxuliqnalıq edən inzibati qaydada həbs edilib.

Görüntülər Gəncədə qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq hörmətsizlik edən və etdiyi hərəkətləri sosial şəbəkələrdə yayan şəxsin Kələbəcər rayon sakini Malik Mamedov olması müəyyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, sürücünün sükan arxasına oturması üçün hüququ olmayıb.

Hacı Həsənov baş inspektor: Törətdiyi əməldən peşman olmaq əvəzinə bu əməlini əhalinin daha geniş kütləsinə yaymaq üçün inzibati xətanın videoçarxını social şəbəklərə yerləşdirib. Bu faktla bağlı tərəfimizdən müvafiq araşdırma aparılıb.

“ZAZ 968” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər yol polisi tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Malik Mamedov 15 gün müddətə həbs edilib.

Malik Mamedov avtoxuliqanlıq edən şəxs: Zaporoji ilə avtoxuliqnalıq etdim. Başına xüsusi nişan qoymuşam. Altına tüstü qoymuşam. Əks yolda hərəkət etmişəm. Bilməmişəm gəlib bu vəziyyətə cataçaq.

Yol polisləri bir daha sürücülərə xəbərdarlıq edərək sükan arxasında intizmalı olmağa çağırıb.

Natiq Hüseyn