• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3173
— 21.04.2020 12:35

Masallıda karantin rejimini pozaraq futbol oynayanlar cərimələnib

KepezTV Player

Masallıda karantin qaydalarını pozan bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. Belə ki, 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər Masallı RPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.